Ağstafalı şəhidin ailəsinə 746 manat müavnət təyin olunub

XƏBƏR 05 mart 2021, 17:55
Ağstafa rayon sakini, şəhid Elşən Piriyevin həyat yoldaşı Nazpəri Süleymanovanın sosial şəbəkələrdə onlara heç bir müavinət təyin olunmaması ilə bağlı video müraciəti yayımlanıb. 
Qerbinfo.com
xəbər verir ki, yayımlanan müraciətdə şəhid xanımı rəsmi nigah olmadığı üçün onlara müavinət təyin olunmasında çətinlik yaşadığını bildirib.
Şəhid xanımının şikayəti ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili ilə əlaqə saxladıq. R. Mehdili bildirdi ki, şəhid ailələrinə müavinətin təyin olunması ilə bağlı heç bir problem yoxdur.
Sadəcə olaraq bəzi ailələr var ki, onların rəsmi nigahı yoxdur deyə övladlarına atalıq hüququnun tanınması lazımdır. Həmin ailə də sənədləri ilə birlikdə yaxınlaşsın DSMF-nin Ağstafa rayon şöbəsinə məsələ araşdırılsın. 
DSMF-nin Ağstafa rayon şöbəsindən isə saytımıza bildirildi ki, ailəyə 746 manat müavinət təyin olunub: “Biz Nazpəri xanımla danışdıq, ona dövlət tərəfindən aylıq 746 manat təyin olduğunu bildirdik. Şəhidimiz Elşən Piriyevlə rəsmi nigahlarının olmadığına görə təyin olunan müavinətin verilmə vaxtı uzanıb. Yaxın günlərdə Nazpəri xanıma Elşən Piriyevin şəhid olduğu gündən başlayaraq təyin olunan müavinət bank kartına yüklənərək təqdim ediləcək”. 

Şəhidin ailəsinə Türkiyə Məzunları Cəmiyyəti də hər ay 200 manat ödəniş edəcək. Bu barədə həmyerlimiz, fotoqraf Vaqif Muğallı bildirib. O qeyd edib ki, şəhidin ailəsi ilə danışdıq, artıq onlara ödəniş də olunub. Çalışdığımız qədər köməkliyimizi bundan sonra da davam etdirəcəyik.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top