“Meyvəli” bazarında yanğın söndürülüb - VİDEO

HADİSƏ 28 fevral 2021, 22:30

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, “Meyvəli” bazar adlanan ticarət mərkəzində yerləşən mağazaların birində yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən “Report”a bildirilib ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğın daha geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülüb.


***21:19
Lökbatan qəsəbəsi ərazisindəki "Meyvəli" bazarında yanğın başlayıb.

Qerbinfo.com report-a istinadən xəbər verir ki, yanğın ərzaq mağazalarının birində qeydə alınıb.

Artıq əraziyə yanğınsöndürənlər cəlb olunub, yanğının söndürülməsi üçün tədbirlər görülür.

Yanğının miqyası və digər təfərrüatlar barədə məlumat veriləcək.

 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top