Qazaxda əhalinin vaksinasiyası davam edir

XƏBƏR 23 fevral 2021, 18:29

Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya bütün bölgələrdə olduğu kimi, Qazax rayonunda da davam edir.

Vaksinasiya prosesinin yüksək mütəşəkkilliklə aparılması üçün Qazax Rayon Mərkəzi Xəstəxanasında bütün zəruri tədbirlər görülmüşdür. Belə ki, vaksinasiya prosesinin həyata keçirilməsi üçün yoluxucu xəstəliklər şöbəsində qəbul, qeydiyyat, xüsusi peyvənd, nəzarət, təcili tibbi yardım otaqları və bir neçə həkim briqadası ayrılmış, peyvəndlərin daşınması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılmışdır.

Hazırda rayonda yaşı 65-dən yuxarı olan şəxslərin vaksinasiyası aparılır. Bunun üçün əlavə səyyar həkim briqadaları da yaradılmışdır. Onlar qabaqcadan qeydiyyata alınmış, lakin xəstəxanaya gələ bilməyən yaşlı insanların evlərinə gedərək peyvəndləmə aparırlar.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top