Bakı, Sumqayıt və Abşeronda şagirdlər həftədə 3, digər bölgələrdə isə 4-5 dəfə məktəbə gedəcək

XƏBƏR 22 yanvar 2021, 12:24

“Fevralın 1-dən ölkənin bütün ərazisində məktəblər açılır, ibtidai sinif şagirdləri və məktəbəqədər hazırlıq qrupları üçün məktəblərdə dərslər qismən bərpa edilir”.

Bunu təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, fevralın 1-dən 1-4-cü siniflər üzrə əyani təhsil iri şəhərlərdə, o cümlədən Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə olmaqla, digər bölgələrdə isə həftədə 4-5 dəfə bərpa olunmasına qərar verilib.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top