“Loğman” İctimai Birliyi aztəminatlı ailələrə ərzaq yardımı göstərib

XƏBƏR 16 oktyabr 2020, 16:10
“Loğman” Qaçqınlara Dayaq Mərkəzi İctimai Birliyi "Aztəminatlı ailələrə ərzaq yardımının göstərilməsi" layihəsinin icrasına başa çatdırıb.
Bu barədə Qerbinfo.com-a İctimai Birliyin sədri Tahirə Nağıyeva bildirib.
QHT sədri bildirib ki, “Loğman” Qaçqınlara Dayaq Mərkəzi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin maliyyə dəstəyilə Abşeron rayonu Sumqayıt və Bakı şəhərlərində yaşayan aztəminatlı ailələrə ərzaq yardımı göstərib: “Məqsədimiz koronavirusla mübarizə məqsədilə tətbiq olunan karantin rejimində və postpandemiya dövründə sosial cəhətdən dəstəyə ehtiyacı olan vətəndaşlarımıza ərzaq yardımlarının göstərilməsidir. Ümumilikdə 81 nəfər aztəminatlı şəxsin hər birinə 50 manat dəyərində ərzaq kuponu təqdim olunub”.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top