Ağstafanın Düz Qışlaq kəndində həkim tibb məntəqəsi tikilib - FOTO

GÜNDƏM 14 oktyabr 2020, 12:19

Azərbaycanda son dövrlər müxtəlif sahələrlə yanaşı insanların yaşayış standartlarının yaxşılaşdırılması üçün müxtəlif layihələr həyata keçirilir. Bu layihələr yoxsulluğun azaldılması, sosial müdafiə, infrastruktur, səhiyyə və gəlirlərin yüksəldilməsi sahələrinə istiqamətlənib. Azərbaycan Respublikasında davamlı inkişafa yönəlmiş belə layihələrin həyata keçirilməsi üçün əməkdaşlığa müxtəlif təşkilatlar cəlb edilir. Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Publik Hüquqi Şəxsin direktoru İlham Sofiyev məlumat verir ki, belə layihələrdən biri də Ağstafa rayonunda həyata keçirilib. Milli Məclisin deputatı Məlahət Həsənovanın və Ağstafa rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonun Düz Qışlaq kəndində Yaponiya hökumətinin maliyyə dəstəyi ilə həkim tibb məntəqəsi tikilib. Rayonda həyata keçirilən sosial-infrastruktur layihələri ilə yanaşı əhalinin sağlamlığını nəzərə alan yeni həkim tibb məntəqəsi kənddə yaşayan çoxsaylı sakinlərə tibbi xidmət göstərməklə əhalinin rifahının, sağlamlığının inkişafına göstərilən xidmətin səviyyəsini yüksəldəcəkdir. Tikilən həkim tibb məntəqəsi 4 otaqdan ibarətdir. Qəbul otağı, həkim otağı, tibb bacısı otağı, peyvənd otağı və sanitar qovşağından ibarət olan məntəqədə ümumilikdə 11 işçi heyəti çalışaçaq. Məntəqənin ətrafında yaşıllıq parkı salınması istiqamətində işlər görülür. Qeyd etmək lazımdır ki, Düz Qışlaq kəndində müasir tələblərə cavab verən həkim tibb məntəqəsi kənd sakinlərinin böyük razılığına səbəb olmuş, bununla əlaqədar olaraq Yaponiya hökumətinin Azərbaycandakı, səfirliyinə dərin təşəkkürlərin bildirmişlər.Həkim məntəqəsi

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top