Ermənistan ordusunun Goranboyu artilleriyadan atəşə tutması nəticəsində rayonun polis şöbəsinə mərmi düşüb.
Baku TV xəbər verir ki, pəncərədən içəri daxil olan mərmi ikinci mərtəbəni tamamilə yararsız hala salıb.
Polis şöbəsindən verilən məlumata görə, şöbə hazırda öz fəaliyyətini davam etdirir.