Azərbaycanın aparıcı idmançısı hərbi xidmətə çağırıldı

GÜNDƏM 29 sentyabr 2020, 18:30

Taekvondo millimizin aparıcı üzvlərindən olan Ayxan Tağızadə ölkədə elan edilən qismən səfərbərliyə əsasən hərbi xidmətə çağırılıb.

Bakıda keçirilmiş I Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı bu gün səhər Yasamal Rayonu Hərbi Komissarlığında olub. 24 yaşlı idmançının hansı cəbhə bölgəsinə yola düşəcəyi barədə məlumat verilmir.

Qeyd edək ki, daha əvvəl 23 yaşlı taekvondoçu, yeniyetmələr arasında dünya və Avropa çempionu Məhəmməd Məmmədov hərbi xidmətə çağırılmışdı.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top