Qazaxda daha bir küçə asfaltlanır - FOTOLAR

CƏMİYYƏT 05 sentyabr 2020, 10:52

Qazaxda "Azərsu” ASC tərəfindən şəhərin içməli su və kanalizasiya sistemi yenidən qurulur. Görülən işlər çərçivəsində şəhərdə su və kanalizasiya sisteminin çəkilişi başa çatmış daha bir küçəyə - Mehdi Hüseyn küçəsinə yeni asfalt vurulmasına başlanılıb.
Məlumat üçün onu da qeyd edək ki, hazırda şəhərdə ən böyük küçələrdən olan Əliağa Şıxlinski küçəsində su-kanalizasiya sisteminin çəkilişi sürətlə davam etdirilir ki, işlər yekunlaşan kimi burada da yeni asfalt vurulacaq. Yeni asfalt vurulacaq Heydər Əliyev prospektində isə qazıntı işlərinə start verilib. Həmçinin, Heydər Əliyev prospektində, Azadlıq, M.P.Vaqif, Bakı küçələrində səkilərə yeni tamet döşənir, beton vurulur.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top